Fanatlar kosmosda olan aktyor üçün "NASA" və "Roskosmos"dan kömək istədilər

© AFP 2023 / LEON NEALRobert Dauni
Robert Dauni - Sputnik Azərbaycan
Abunə olmaq
Filmin sujetinə əsasən Toni Stark "xilas olmaq üçün heç bir şans olmadan" kosmosda qalıb

BAKI, 11 dekabr — Sputnik. Marvel komiksi əsasında çəkilən "Qısasçılar" filminin dördüncü hissəsinin treyleri o qədər dəhşətli görünüb ki, tamaşaçılar "NASA" və "Roskosmos"dan filmin qəhrəmanlarından birini xilas etməyi istəyib. Sputnik Azərbaycan "Vesti.ru"-ya istinadən xəbər verir ki, söhbət açıq kosmosda qalan Toni Starkadan gedir.

Filmin sujetinə əsasən Toni Stark "xilas olmaq üçün heç bir şans olmadan" kosmosda qalıb. Treylerdə filmin qəhrəmanı su və yeməyin artıq bir neçə gündür ki, bitdiyini, oksigenin isə 10 saat müddətə qaldığını bildirib.

Bundan sonra istifadəçilər "Twitter"-də NASA, Avropa Kosmik Agentliyi, Elon Mask, və "Roskosmos"-dan kömək istəyiblər.

Xəbər lenti
0