16:57 18 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Hava limanı, arxiv şəkli

Hava şəraiti 1300-dən çox aviareysin təxirə salınmasına səbəb olub

© Photo : пресс служба AZAL
XƏBƏRLƏR
Qısa URL
78 0 0

Müvəqqəti narahatlıq 500 mindən çox insana təsir edəcək

BAKI, 10 dekabr — Sputnik. ABŞ-ın cənub-şərqində güclü qar 1300-dən çox aviareysin təxirə salınmasına səbəb olub. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, qara görə 300 mindən artıq insan elektrik enerjisiz qalıb.

Bundan öncə Şimali Karolinanın qubernatoru Roy Kuper hava şəraiti ağırlaşacağı təqdirdə elektrik enerjisinin dayandırılacağı barədə xəbərdarlıq etmişdi. Onun sözlərinə görə, müvəqqəti narahatlıq 500 mindən çox insana təsir edəcək.

Bununla yanaşı Alabama, Corciya, Tennesi və Virciniya ştatlarının sakinləri də elektrik enerjisinin verilməsindən narazıdır. Şarlota şəhərində 1000-dən artıq aviareys dayandırllıb.

"Evlərinizi tərk etməyin. Yeni ilə hazırlaşın. Şam ağaclarınızı bəzəyib, futboldan zövq alın" - Kuper bu barədə öz "Twitter" səhifəsində yazıb.

Bununla yanaşı, o amerikalılara havaların düzəlməsini gözləməyi və avtomobildən istifadə etməməyi məsləhət görüb.

Əsas mövzular