15:20 17 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9230
Lənkəran-Lerik yolunda sürüşmə aktivliyi qeydə alınıb.

Yağışlardan sonra cənub bölgəsində sürüşmə aktivliyi artıb - FOTO

© Sputnik / Rahim Zakiroğlu
XƏBƏRLƏR
Qısa URL
31 0 0

Tükəvilə-Diryan-Gəgiran avtomobil yolunun 12-ci kilometrində sürüşmələr artıb

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 7 dekabr - Sputnik. Lənkəran-Lerik yolunda yenindən sürşmə aktivliyi qeydə alınıb. Sputnik Azərbaycanın bölgə müxbirinin verdiyi xəbərə əsasən, yolun 27-29-cu kilometrliyyində yağışların təsirindən yamac boyu uçqun hadisələri artıb.

Belə ki, həmin yolun 45-47-ci km-də yolda uçqun, yolun hər iki hissəsində isə çökmə-oturma və səthi yuyulmalar müşahidə edilib. Lerik-Qosmalyan-Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində sürüşmə aktivliyi, Lənkəran-Lerik avtomobil yolunun 17-19 km-də yol boyu bir neçə yerdə uçqun-töküntü prosesləri və yol boyu yamac hissəsində səthi yuyulma prosesi qeydə alınıb. Lənkəran rayonunun Gəgiran kəndi ərazisində sürüşmə və uçqun baş verib. Tükəvilə-Diryan-Gəgiran avtomobil yolunun 12-ci kilometrində isə sürüşmələr artıb.

Lənkəran-Lerik yolunda sürüşmə aktivliyi qeydə alınıb.
© Sputnik / Rahim Zakiroğlu
Lənkəran-Lerik yolunda sürüşmə aktivliyi qeydə alınıb.

Əsas mövzular