17:38 17 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9230
  • Keniyanın paytaxtında keçirilən albinosların gözəllik müsabiqəsi
  • Keniyanın paytaxtında keçirilən albinosların gözəllik müsabiqəsi
  • Keniyanın paytaxtında keçirilən albinosların gözəllik müsabiqəsi
  • Keniyanın paytaxtında keçirilən albinosların gözəllik müsabiqəsi
  • Keniyanın paytaxtında keçirilən albinosların gözəllik müsabiqəsi
© AP Photo / Ben Curtis
A contestant wearing a traditional costume of animal hides performs in the Mr. & Miss Albinism East Africa contest, organized by the Albinism Society of Kenya, in Nairobi, Kenya Friday, Nov. 30, 2018. The event aims to promote social inclusion and raise the self-esteem of albinos, who frequently face discrimination and stigma.

Afrikada albinosları öldürür və bədənlərinin hissələrini "qara bazar"da satırlar

Keniyanın paytaxtında albinosların gözəllik müsabiqəsi keçirilib. Müsabiqəni keçirməkdə məqsəd Şərqi Afrikada albinosların qarşılaşdığı ayrı-seçkiliyə, şiddətə və batil inanclardan irəli gələn neqativ baxışlara diqqəti cəlb etməkdir.

Nayrobidə keçirilən bu müsabiqə bütün dünyada keçirilən digər gözəllik müsabiqələrindən heç nə ilə fərqlənməyib: eyni podium, eyni dəbli geyimlərdən ibarət dəfilə. Lakin müsabiqənin bütün iştirakçıları afrikalı albinoslar olub. Müsabiqənin məqsədi kifayət qədər ciddiliyi ilə fərqlənib: orqanizmində piqment çatışmazlığı olan insanların problemlərinə diqqəti cəlb etmək.

 

İş ondadır ki, Şərqi Afrikada albinoslar "lənətlənmiş" hesab edilir. Bu səbəbdən də onlar ictimaiyyətin güclü diskriminasiyasına və zorakılığına məruz qalır. Bir çox Afrika ölkələrində albinosların bədən üzvlərinin uğur gətirdiyinə və onların ölümcül xəstəliklərdən qoruduğuna inanılır. Yerli falçılar və şamanlar onlardan magik iksirlərin hazırlanmasında istifadə edirlər. Onları öldürür və bədənlərinin hissələrini "qara bazar"da satırlar. Albinos qadınlar isə zorakılığa məruz qalır.

Artıq üçüncü ildir ki, bu müsabiqə Nayrobidə təşkil edilir. Müsabiqəyə təkcə Keniyadan deyil, qonşu ölkələrdən - Tanzaniya və Uqandadan da albinoslar qatılır. "Məni qəbul et, məni öyrən, mən də bacarıram" şüarı ilə keçirilən müsabiqədə cəmi 15 qız və bir o qədər də oğlan iştirak edib.

Digər fotolentlər

Əsas mövzular