BŞİH-də uşaq bağçaları ilə bağlı müşavirə keçirilib

© Sputnik / Murad OrujovЗдание Исполнительной власти города Баку
Здание Исполнительной власти города Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı şəhərində bəzi bağçalarda məcburi köşkünlərin məskunlaşması ilə bağlı yaranan problemlər, gələcəkdə uşaq bağçalarına olan tələbatın ödənilməsi üçün görülən əlavə tədbirlər barədə məlumat verilib

BAKI, 5 dekabr — Sputnik. Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin rəhbərlərinin iştirakı ilə bu müəssisələrdə təlim-tərbiyə işlərinin keyfiyyətinin yüksəldilməsi və digər məsələlərə həsr olunmuş seminar-müşavirə keçirilib. Bu barədə Sputnik Azərbaycan-a qurumun mətbuat şöbəsindən məlumat verilib.

İmişlinin Məzrəli kəndindəki uşaq bağçası - Sputnik Azərbaycan
CƏMİYYƏT
Elmira Süleymanovadan uşaq bağçaları ilə bağlı radikal təklif

Məlumata görə, müşavirəyə sədrlik edən BŞİH-ninaparat rəhbəri Elgin Həbibullayev bildirib ki, hazırda paytaxtda 346 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Həmçinin Heydər Əliyev Fondu tərəfindən son illərdə Bakı şəhərində 6 yeni uşaq bağçası, 3 bağça üçün əlavə korpus tıkilib, 16 bağça sökülərək yenidən tikilib, 206 bağça isə əsaslı təmir olunub. 

Şəhər İcra Hakimiyyəti tərəfindən aparılan araşdırmalar nəticəsində paytaxtda təmirə ehtiyacı olan bağçalar müəyyənləşdirilərək onların əsaslı təmiri ilə bağlı tədbirlər hazırlanır.

Elgin Həbibullayev öz çıxışında həm də paytaxtdakı məktəbəqədər təhsil müəssisələrinin avadanlıq və inventarlarla təchizatı, təlim-tərbiyə prossesi zamanı mövcud təlimatlara, metodiki göstərişlərə, gün rejimi normalarına, tədris proqramlarının tələblərinə əməl olunmasının vəziyyəti, uşaqların qidalanması və s. məsələlərə toxunub.

O qeyd edib ki, şəhər rəhbərliyi tərəfindən bu müəssisələrin fəaliyyəti və buradakı bütün məsələlər ciddi nəzarətə alınıb və bütün sahələr üzrə yeniliklər və islhatların aparılması planlaşdırılıb. Həmçinin məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunda neqativ halların aradan qaldırılması, burada şəffaflığın təmin olunması ilə bağlı bağçalara qəbulun elektronlaşdırılması nəzərdə tutulub.

Bakı şəhərində bəzi bağçalarda məcburi köşkünlərin məskunlaşması ilə bağlı yaranan problemlər, gələcəkdə uşaq bağçalarına olan tələbatın ödənilməsi üçün görülən əlavə tədbirlər barədə məlumat verilib.

Xəbər lenti
0