19:05 15 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Sumqayıt, arxiv şəkli

Sumqayıtda silah-sursat aşkarlanıb

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
17 0 0

Mərmilərin tapıldığı yerin ətrafında 400 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb

BAKI, 4 dekabr — Sputnik. 2018-ci il 04 Dekabr tarixində saat 12:42-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 13:13-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Sumqayıt şəhəri, "Sumqayıt Etilen-Polietilen" zavodunun ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub. Bu barədə Sputnik Azərbaycan-a "ANAMA"-dan bildirilib.

Daxil olan məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Sumqayıt şəhər Polis idarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis idarəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə "Sumqayıt Etilen-Polietilen"zavodunun istifadə olunmayan ərazisinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 25 ədəd boş mərmi aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Mərmilərin tapıldığı yerin ətrafında 400 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Əsas mövzular