16:44 11 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9326
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov

Vaqif Əsədov sosial şəbəkədə yayılan səs yazısına aydınlıq gətirdi

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
600 0 0

"Gizlin şəkildə səs yaymaqla heç bir nəticə əldə etmək mümkün deyil"

BAKI, 29 noyabr — Sputnik. Bu gün WhatsApp sosial şəbəkəsində bir sürücünün səs yazısı geniş yayılıb. Sputnik Azərbaycan xəbər verir ki, bir neçə saat ərzində Bakıda demək olar ki, bütün sürücülərin telefonuna göndərilən səs yazısında bir nəfər tərəfindən Xətai rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polkovnik-leytenant Cavanşir Ələkbərovun ünvanına sərt ittihamlar səslənir. Guya həmin sürücü özü də daxil olmaqla bir neçə sürücü Babək prospektində hərəkətdə olan zaman qaran rəngli, 005 nömrəli "Toyota Camry" markalı avtomobil aşağı sürətlə hərəkət edir, nəticədə arxadan gələn sürücülər əsəbləşərək onu sağdan ötür. Guya 005 nömrəli maşını Cavanşir Ələkbərov özü idarə edir və qarşıda onu ötən sürücüləri yol polisi saxlayaraq maşını cərimə meydançasına aparır. Buna isə rəis özü göstəriş verir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov məsələ ilə bağlı Sputnik Azərbaycan-a bildirib ki, Cavanşir Ələkbərov daim ərazidə olan, xidmətdə fərqlənən rəislərdən biridir. Bu səsi yayan şəxs isə ümumilikdə yol polisinin fəaliyyətinə kölgə salmağa çalışır: "Əgər onun əlində fakt varsa, görüntünü, foto və videonu da götürüb rəsmi qaydada müraciət edərdi. Görünür, qayda pozub, cərimə edilib, bu üzdən də guya yol polisini ləkələməklə qisas almağa çalışır".

Vaqif Əsədov bildirdi ki, səs yazısı DYP rəhbərliyinin göstərişi ilə araşdırılıb və deyilənlər təsdiqini tapmayıb: "Bir daha deyirəm, bunu sübut edəcək faktlar varsa gətirib təqdim etsin, araşdırıb tədbir görək. Amma gizlin şəkildə səs yaymaqla heç bir nəticə əldə etmək mümkün deyil".

Əsas mövzular