23:01 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Ramzan Kadırov

Ramzan Kadırov: "Prezident İlham Əliyev bütövlükdə müsəlmanlar üçün xeyirxah işlər görür"

© Sputnik / Said Tsarnayev
XƏBƏRLƏR
Qısa URL
133 0 0

BAKI, 28 noyabr - Sputnik. "Şadam ki, bizim qardaşlıq və dostluq münasibətlərimiz var. İndi mədəni, idman və digər sahələrdə münasibətləri inkişaf etdiririk". 

Sputnik Azərbaycan-ın məlumatına görə, bu fikirləri Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov noyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə bildirib.

Prezident İlham Əliyev Aşqabadda “Xalq xatirəsi” memorial kompleksini ziyarət edib
© Official web-site of President of Azerbaijan Republic

"Dəvətə və bizə vaxt ayırdığınıza görə sağ olun. Fürsətdən istifadə edərək, Sizi yenidən xalqın etimadı ilə Prezident seçilməyiniz münasibətilə bir daha təbrik etmək istərdik. Siz təkcə Azərbaycanda deyil, bütövlükdə müsəlmanlar üçün xeyirxah işlər görürsünüz. Biz Sizin qardaşlıq münasibətləri qurduğunuzu, konfranslar keçirdiyinizi, təkcə dini liderləri deyil, bizim regionların rəhbərliyini də qəbul etdiyinizi və yalnız müsəlmanları deyil, bütün konfessiyaları birləşdirdiyinizi görürük. Bu, çox qiymətlidir. Buna görə də bunu həm Azərbaycan xalqı, həm də bütün Qafqaz xalqları görür. Bizimlə görüşə vaxt ayırdığınız üçün çox şadam. Şadam ki, bizim qardaşlıq və dostluq münasibətlərimiz var. İndi mədəni, idman və digər sahələrdə münasibətləri inkişaf etdiririk. Ən əsası isə qardaşlıq münasibətləridir. Çünki xatırlamaya bilmərəm, ən çətin illərdə Prezident Heydər Əliyev bizim xalqa kömək etdi, kömək əlini uzatdı və sonadək kömək etdi, bizi dəstəklədi. Biz bunu heç vaxt unutmayacağıq. Buna görə, biz hörmətli Heydər Əliyevin xatirəsinə bağ salmışıq. Onun açılışında əziz, böyük qardaşımızın iştirakını gözləyirik. Əgər Siz imkan tapıb Çeçenistan Respublikasına gələ bilsəniz bu, bizim üçün həm siyasi, həm qardaşlıq, həm də insani cəhətdən çox mühüm olacaq. Bizi dəvət etdiyinizə, bizə vaxt ayırdığınıza, bütün müsəlmanlar və Qafqaz, xüsusən bizim region üçün hər şey etdiyinizə görə bir daha “Çox sağ olun” demək istəyirəm", - o qeyd edib.

Əsas mövzular