12:27 15 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Masallıda Dövlət Aqrar İnkişaf Mərkəzinin açılışı olub

Masallıda Dövlət Aqrar İnkişaf Mərkəzinin açılışı olub

© Foto: AZƏRTAC
XƏBƏRLƏR
Qısa URL
51 0 0

“Hər bir DAİM-də könüllülər fəaliyyətə başlayıb. Onların məqsədi yerlərdə fermerlərə dəstək olmaqdır”

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 27 noyabr - Sputnik. Bu gün Kənd Təsərrüfatı Nazirliyinin Masallı rayonunda Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) açılışı olub.

Sputnik Azərbaycan xəbər verir ki, açılış mərasimində nazir İnam Kərimov da iştirak edib.

O bildirib ki, rəhbərlik etdiyi qurumun məqsədi bütün aqrar xidmətlərin vahid mərkəzdən göstərilməsidir.

“Mərkəzdə 68 xidmət təqdim olunur. Əsas məqsəd şüarımıza uyğun olaraq fermerlərin yanında olmaqdır”, - nazir deyib.

İ.Kərimov həmçinin bildirib ki, yaxın 3 il ərzində 10 minə yaxın könüllünün aqrar sektora cəlb edilməsi, bununla bağlı ayrıca proqramın həyata keçirilməsi nəzərdə tutulub.

“Hər bir DAİM-də könüllülər fəaliyyətə başlayıb. Onların məqsədi yerlərdə fermerlərə dəstək olmaqdır”, - o əlavə edib. 

Əsas mövzular