Milli Məclisin iclası başlayıb

© Sputnik / Murad OrujovЗаседание парламента Азербайджана, фото из архива
Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Noyabrın 27-də və 30-da keçiriləcək iclasların gündəliyinə ümumilikdə 58 məsələ daxildir

BAKI, 27 noyabr — Sputnik. Noyabrın 27-də Milli Məclisin növbəti plenar iclası keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, noyabrın 27-də və 30-da keçiriləcək iclasların gündəliyinə ümumilikdə 58 məsələ daxildir.

İlk olaraq "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu haqqında layihəyə ikinci səsvermədə baxılacaq.

"Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə ediləcək.

"Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələrinə ikinci oxunuşda baxılacaq.

Vergi, İnzibati Xətalar, Seçki və digər məcəllələrdə dəyişikliklər müzakirəyə çıxarılacaq.

"Büdcə sistemi haqqında", "Dövlət borcu haqqında", "Sosial sığorta haqqında", "İşsizlikdən sığorta haqqında", "Əmək pensiyaları haqqında" qanunlarda dəyişikliklərə baxılacaq.

"Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanunlarda dəyişikliklər müzakirə ediləcək.

Milli Məclisin və Hesablama Palatasının 2019-cu il üçün xərclər smetasına baxılacaq.

"Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında", "Azərbaycan Respublikası Hökuməti ilə Çili Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında" Sazişlərin təsdiq edilməsinə baxılacaq.

"Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Dövlət rüsumu haqqında", "Baytarlıq haqqında", "Fitosanitar nəzarəti haqqında", "Yeyinti məhsulları haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" və digər qanunlarda dəyişikliklər müzakirəyə çıxarılacaq.

 

Xəbər lenti
0