Azərbaycanlı diaspora nümayəndəsi Ali Məhkəməyə müraciət edib

© FB / ilhan.askin.9Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın
Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın - Sputnik Azərbaycan
Abunə olmaq
Aşkın bildirir ki, hazırda ona iş adamı Fizuli Məmmədov maddi dəstək olur

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 27 noyabr — Sputnik. Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın haqqında aparılan məhkəmə prosesi ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verib.

Onun sözlərinə görə, Hollandiya Məhkəməsi haqqında 120 saat inzibati işlərlə məşğul olma və 1 ay müddətinə həbs cəzası qərarı çıxarıb. Qərardan narazı qalan İlhan Aşkın Ali Məhkəməyə müraciət edib.

175 nömrəli məktəbin direktoru Tural Mirzəliyev - Sputnik Azərbaycan
HADİSƏ
Məhkəmə qarşısında döyülən direktordan xəbər var

Aşkın qeyd edib ki, 2014-cü ildə ermənilərin inşa etdiyi qondarma soyqırımı abidəsi ilə bağlı keçirilən mitinqlərin birində o qeyd edib ki, "Qarabağ Azərbaycan torpaqlarıdır. Və ermənilər bu torpaqları tərk etməsə müharibə davam edəcək. Və bu torpaqlar ermənilərə məzar olacaq". Bundan sonra iki federasiya və bir hollanda vətəndaşı onu məhkəməyə verib. Məhkəmə prosesi artıq iki ildir ki, davam edir: " Məhkəmə haqqımda artıq qərar verib. Ancaq mən bu qərarla razı deyiləm.Və Ali Məhkəməyə müraciət etmişəm. Ali məhkəmədə qərarı ləğv etməsə, o zaman Strazburq İnsan Haqları Məhkəməsinə müraciət edəcəyəm. Ancaq nəticə nə olursa, olsun ermənilərdən üzr istəməyəcəyəm. İnsan Haqları məhkəməsi nə qərar versə, çəkəcəyəm".

İ. Aşkın qeyd edir ki, Azərbaycandan dövlət rəsmiləri hər kəs öz yarımını təklif edib: " Hamı söz verib ki, ehtiyac yaransa kömək edəcəklər. Hazırda mənim istəyə biləcəyim bir yardım yoxdur. Hələ ki, stabil olaraq məhkəməni gözləyirəm. Nəyəsə ehtiyac yaransa, yəqin ki, rəsmilərə müraciət edəcəyəm. Bu məsələ milli məsələdir və inanıram ki, hər kəs əlini bu daşın altına qoyacaq. İnanıram ki, Azərbaycdan olan rəsmilər də bu məsələyə laqeyid qalmayacaq".

Aşkın bildirir ki, hazırda ona iş adamı Fizuli Məmmədov maddi dəstək olur.

Xəbər lenti
0