21:02 19 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0253
  • EUR1.9349
Televizor pultu

Sabahdan ölkədə yeni telekanal yayıma başlayır

CC0 / Gadini / Remote Control
XƏBƏRLƏR
Qısa URL
882 0 0

“ARB 24” kanalı noyabrın 12-dən daxili test yayımına çıxmışdı

BAKI, 26 noyabr — Sputnik. “Azərbaycanda xəbər sahəsi üzrə ixtisaslaşmış yeni televiziya kanalı – “ARB 24” noyabrın 27-də səhər saatlarından etibarən ümumrespublika yayımında olacaq”.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, bunu açıqlamasında ARB media qrupunun strateji inkişaf direktoru İsmayıl Həsənov deyib.

O bildirib ki, televiziya kanalı artıq fəaliyyətə başlamağa tam olaraq hazırdır.

Xatırladaq ki, yeni televiziya kanalı noyabrın 12-dən daxili test yayımına çıxmışdı.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurası 2017-ci ilin noyabrın 16-da ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) müsabiqə elan edib. Həmin ilin dekabrın 16-dək davam edən müsabiqənin qalibi “Türkel TV” MMC (ARB 24) olub. Ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.

Əlaqədar

Parlamentdə telekanal rəhbərlərinə sərt ittiham: "Senzura yoxdur deyə..."
ANS-i hansı telekanal əvəz edəcək?
Azərbaycanda telekanal rəhbərini öldürmək istəyənlərin məhkəməsi başlayıb
Azərbaycanda telekanal rəhbəri təltif edildi
Bakıda telekanal və məşhur mağazalar şəbəkəsinin əməkdaşları arasında qalmaqal
Teqlər:
Milli Televiziya və Radio Şurası, yayım, telekanal

Əsas mövzular