Yerevanda atışma baş verib, yaralanan və həbs olunanlar var

© Sputnik / Mediabanka keçidErmənistan polisi
Ermənistan polisi - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı araşdırmalar aparılır

BAKI, 23 noyabr — Sputnik. Yerevanın Noraqavit mikrorayonunda atışma baş verib. Sputnik Ermənistan xəbər verir ki, hadisə nəticəsində bir nəfər yaralanıb.

Məlumata əsasən, hadisə nəticəsində 28 yaşlı Robert Andranikyan, 33 yaşlı David Qavalyan və 22 yaşlı Qarik Ovannisyan saxlanılıb.

Qeyd olunur ki, adı çəkilən şəxslər mübahisə ediblər. Daha sonra mübahisə qarşıdurmaya çevrilib. Nəticədə Robert Andranikyan tapançadan 33 yaşlı Roman Hevondyana atəş açıb. Hevondyan hadisə nəticəsində yaralanıb.

Faktla bağlı araşdırmalar aparılır.

Xəbər lenti
0