15:19 17 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9230
Валерий Осипян

Sarqsyan İnterpola axtarışa verilib

© Sputnik / Asatur Yesayants
XƏBƏRLƏR
Qısa URL
43 0 0

BAKI, 22 noyabr — Sputnik. Tez ya gec Narek Sarqsyan tapılacaq. Sputnik Ermənistan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan polisinin rəisi Valeri Osipyan bildirib.

Narek Sarqsyan – Aleksandr Sarqsyanın (Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın qardaşı) oğludur. O, qanunsuz silah saxlama ittihamı ilə beynəxlalq axtarışa verilib.

Onun yeri barədə sualı cavablandıran Osipyan qeyd edib ki, tez ya gecə onun yeri müəyyənləşdiriləcək: "Biz İnterpoldan olan həmkarlarımızla birgə iş aparırıq. Detalları açıqlamayacağam, lakin axtarış işləri davam etdirilir və hesab edirəm ki, onların nəticələri olacaq".

Qeyd edək ki, bir neçə ay əvvəl polis Aleksandr Sarqsyanın evində axtarışlar aparıb, onun özünü isə şöbəyə gətirib. Bir necə saat sonra Aleksandr Sarqsyan azad edilib.

Əsas mövzular