Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Avropada benzinin qiyməti kəskin qalxdı, qarşıdurmalar başladı

Abunə olmaq
Daha əvvəl benzin qiymətlərinin artmasına görə Fransada qarşıdurma yaşanmışdı

BAKI, 22 noyabr — Sputnik. Belçikada benzinin qiymətlərinin artmasına görə qarşıdurmalar yaşanıb. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, insident neft emalı zavodunun yerləşdiyi Nivel şəhəri yaxınlığında baş verib.

Ümumilikdə qarşıdurmalarda 400-ə yaxın şəxs iştirak edib. Onlar polislərə daş və molotov kokteylləri atıblar. Qeyd olunur ki, qarşıdurma iştirakçıları yaxşı təşkilatlanıblar. Onlar lazerlərdən istifadə ediblər və pilotları polis helikopterini hadisə yerindən uzaqlaşmağa məcbur ediblər.

Etirazçılar həmçinin, Brüsselə gedən avtomobil yollarını da bağlayıblar. Nəticədə 250-yə yaxın yük maşını E 19 şosesində, daha 150 yük maşını isə N6 yolunda qalıb.

Hadisə yerinə 120-ə yaxın polis cəlb olunub. Qarşıdurma iştirakçılarına qarşı su atanlardan istifadə olunub, 30 nəfər saxlanılıb. Onların maşını və telefonu müsadirə olunub.

Qeyd edək ki, bundan əvvəl benzin qiymətlərinin artmasına görə Fransada qarşıdurma yaşanmışdı.

Xəbər lenti
0