Sərhəd Mühafizəsinin 100 illiyinə hədiyyə

© AFP 2023 / TAUSEEF MUSTAFAHindistan Sərhəd qoşunlarında qulluq edən əsgər
Hindistan Sərhəd qoşunlarında qulluq edən əsgər - Sputnik Azərbaycan
Abunə olmaq
Dəyişiklik layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq

BAKI, 22 noyabr - Sputnik. Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” medalı təsis olunur. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik edilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda yeni medal təsis edildi

Qanuna edilən əlavə ilə “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” medalı təsis olunur.

Bu medalla 2019-cu il avqust ayının 18-dək müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmət keçən, xidməti vəzifələrinin icrasında uğur qazanan zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, habelə sərhəd xidməti orqanlarının qurulmasında və möhkəmləndirilməsində fəal iştirak edən, ehtiyata (istefaya) buraxılan zabitlər və sərhəd xidməti orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif olunurlar.

Dəyişiklik layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Xəbər lenti
0