Bakıda 22 mindən çox insanın işlədiyi layihə təqdim olunub

© Sputnik / Murad OrujovTacikistanda "Roqun" SES-in tikintisinə həsr olunmuş konfrans
Tacikistanda Roqun SES-in tikintisinə həsr olunmuş konfrans - Sputnik Azərbaycan
Abunə olmaq
Rustam Soliyev qeyd edib ki, ölkəsi üçün strateji əhəmiyyət malik olan SES-in tikintisinə 1976-cı ildən başlanılıb

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 21 noyabr — Sputnik. Bakıda Tacikistandakı "Roqun" SES-in tikintisinə həsr olunmuş konfrans keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, konfransda Azərbaycan rəsmiləri, Azərbaycanda akkreditasiya olan diplomatik nümayəndəliklərin rəhbərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev qeyd edib ki, ölkəsi üçün strateji əhəmiyyət malik olan SES-in tikintisinə 1976-cı ildən başlanılıb: "Lakin SSRi-nin dağılmasından sonra bu layihənin tikintisində fasilə yaranıb. Yalnız 2017-ci ildə Çinin də dəstəyi ilə layinənin həyata keçirilməsi prosesi davam etdirilib və bu ilin noyabrın 16-da Tacikistan prezidenti Emoməli Rəhmon iştirakı ilə istifadəyə verilib".

© Sputnik / Murad OrujovTacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev
Bakıda 22 mindən çox insanın işlədiyi layihə təqdim olunub - Sputnik Azərbaycan
Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev

Azərbaycanın iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov isə çıxışında qeyd edib ki, Tacikistanla ticarət dövriyyəsinin artırılması məsələsinə böyük diqqət ayırır: "Tacikistanda "Roqun" SES-in fəaliyyət başlaması region ölkələrin inteqrasiyasının gücləndirilməsində böyük rol oynayacaq və Tacikistana beynəlxalq arenada əməkdaşlığını genişləndirməyə imkan verəcək".

ABŞ-ın müvəqqəti işlər üzrə müvəkkili Uilyam Gill isə bəyan edib ki, "Roqun" SES-in istifadəyə verilməsi Tacikistanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, həmçinin Əfqanıstanın elektrik enerjisinə olan tələbatının bir hissəsini ödəməyə imkan verəcək: "Bu nöqteyi nəzərdən Birləşmiş Ştatlar bu layihənin əhəmiyyətini anlayır".

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas da onun təmsil etdiyi qurum üçün bu regionun enerji təhlükəsizliyinin təmin olunmasının vacibliyini qeyd edib.

Qeyd edək ki, "Roqun" SES Vaxş çayının üzərində tikilib. "Roqun" SES-in bəndi dünyada ən hündür bənddir. Onun hündürlüyü 335 metrdir. Ümumilikdə layihənin tikintisində 22 mindən çox insan iştirak edib ki, onlardan da 20 mini Tacikistan vətəndaşıdır.

Xəbər lenti
0