BNA sərnişinlərə xəbərdarlıq edir

© Sputnik / Murad OrujovСтанция метро Кероглу в Баку, фото из архива
Станция метро Кероглу в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sərnişinlərin “Koroğlu” metrostansiyasından perronlara rahat giriş və çıxışı üçün üç yerdə pilləkənlər təşkil edilib

BAKI, 21 noyabr — Sputnik. 23.11.2018 tarixindən Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzinin yeri müvəqqəti olaraq dəyişdiriləcək. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bakıda avtobus dayanacağı - Sputnik Azərbaycan
CƏMİYYƏT
BNA qərəzli xəbərlə bağlı açıqlama verdi – VİDEO

Bildirilib ki, qeyd edilən gün səhər saatlarından ətraf kənd və qəsəbələr üzrə müntəzəm marşrut avtobusları Milli Gimnastika Arenasının dayanacaq məntəqəsində, yəni “Koroğlu” metrostansiyasının piramidalı çıxışının arxasında təşkil edilən Nəqliyyat Mübadilə Mərkəzində sərnişinlərə xidmət göstərəcək. 

"Sərnişinlərin rahatlığının və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yeni təşkil edilən mərkəzin ərazisində müvafiq şərait yaradılıb. Mərkəzin ərazisində 6 perron təşkil edilib, hər bir perronun ətrafı xüsusi sədlərlə əhatələnib, dayanacaq pavilyonları və hər bir perron üzrə məlumat lövhələri qoyulub. Axşam saatlarında ərazinin işıqlandırılması məqsədi ilə əlavə avadanlıqlar da quraşdırılıb. Sərnişinlərin “Koroğlu” metrostansiyasından perronlara rahat giriş və çıxışı üçün üç yerdə pilləkənlər təşkil edilib" - deyə BNA-nın məlumatında qeyd olunub.

Məlumat üçün o da bildirilib ki, Nəqliyyat Mübadilə Mərkəzləri konsepsiyasına uyğun olaraq Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzində tikinti və yenidənqurma işləri aparılacaq. Məqsəd, Nəqliyyat Mübadilə Mərkəzinin ərazisində sərnişinlərə həm keyfiyyət, həm də təhlükəsizlik baxımından müasir standartlara uyğun xidmətin göstərilməsi üçün zəruri infrastrukturun yaradılmasıdır.

Qeyd edək ki, “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzindən ətraf kənd və qəsəbələr istiqamətində 32 müntəzəm marşrut xətti üzrə 500-ə yaxın avtobus fəaliyyət göstərir.

Xəbər lenti
0