CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mənşəyi məlum olmayan 2.5 ton ət məhv edilib

Abunə olmaq
Ьalların məhvolma prosesində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ilə yanaşı bir sıra media nümayəndələri də iştirak ediblər

BAKI, 20 noyabr — Sputnik. Noyabrın 20-də Ekologiya Nazirliyinin Təhlükəli Tullantılar Poliqonunda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən mənşəyi məlum olmayan, insan orqanizmi üçün zərərli, istehlaka yararsız 2.5 ton heyvan cəmdəyi məhv edilib.

Sputnik Azərbaycan Qida Təhlükəsizlik Agentliyinə istinadən xəbər verir ki, malların məhvolma prosesində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ilə yanaşı bir sıra media nümayəndələri də iştirak ediblər.

Qeyd edək ki, bir müddət öncə AQTA və müvafiq qurumların əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi ünvanında yerləşən satış məntəqələrində aşkar edilmiş ayrı-ayrı şəxslər tərəfindən müxtəlif regionlardan gətirilən mənşəyi məlum olmayan kəskin qoxulu 2.5 ton heyvan cəmdəyi aşkar edilmişdi. Bununla əlaqədar olaraq, hüquq mühafizə orqanları tərəfindən aidiyyəti tədbirlər həyata keçirilmişdi. Məhsuldan götürülən nümunələr üzərində aparılan laborator müayinələr nəticəsində həmin ətin insan orqanizmi üçün zərərli və istehlak üçün yararsız olduğu müəyyən edilmişdi.

 

Xəbər lenti
0