Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya ordusunda böyük dəyişikliklər olacaq – Putin dünyaya mesaj verdi

© Sputnik / Aleksey Nikolsky / Mediabanka keçidVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan
Abunə olmaq
Putin məsələdə hərbçilərdən "Suriyada həyata keçirilən hərbi əməliyyatlardan zamanı əldə olunan təcrübəni nəzərə almağa çağırıb

BAKI, 20 noyabr — Sputnik. Rusiya Silahlı Qüvvələrinin böyük miqyasda yeni silahlarla təchizatı strateji pariteti saxlamağa və Rusiyanı xarici təhdidlərdən qorumağa imkan verəcək. Sputnik Azərbaycan "Lenta.ru"-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Soçidə hərbi mövzuda keçirilən iclas zamanı bildirib.

"2021-ci ilə qədər orduda və donanmada müasir silah – sursatın payı 70%-dən az olmamalıdır", - deyə Rusiya prezidenti qeyd edib.

Onun sözlərinə görə, ordunun belə böyük miqyasda silahla təchizatı ona qarşısında duran istənilən növ kompleks hədəfləri həyata keçirməyə imkan verəcək.

Qeyd edək ki, oktyabrın 25-i Rusiya prezidenti ölkə Silahlı Qüvvələrinin hərbi və operativ hazırlığının artırılmasını tapşırıb. Putin məsələdə hərbçilərdən "Suriyada həyata keçirilən hərbi əməliyyatlardan zamanı əldə olunan təcrübəni nəzərə almağa çağırıb.

Ötən ilin noyabr ayında isə Putin hərbi məhsulların istehsalının həcminin artırılması anonsunu verib. O, vurğulayıb ki, buna həm dövlət, həm də özəl sektorda olan müəssisələr hazır olmalıdır.

Xəbər lenti
0