13:44 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Korpusunda keçirilən seminar

Gənclərin 85 faizi xəstəlikdən əziyyət çəkir

© Sputnik / Nigar Maharramova
XƏBƏRLƏR
Qısa URL
100 0 0

12-25 yaş arası gənclərin demək olar ki, əksəriyyəti bu xəstəlikdən əziyyət çəkir

 

BAKI, 19 noyabr — Sputnik. Azərbaycan Tibb Universitetində yeniyetməlik dövründə üzdə yaranan sızanaqlar (Akne xəstəliyi) haqda seminar keçirilib.

Sputnik Azərbaycan-a ATU-dan daxil olan xəbərə görə universitetin dermotovenerologiya kafedrasının dosenti Elşad Novruzov tələbələrə bu haqda geniş məlumat verib: "Akne xəstəliyi irsi xarakter daşıyır. Dərinin normadan artıq yağlanması və hormonlarla bağlı olan bu xəstəlikdən daha çox gənclər əziyyət çəkir. 12-25 yaş arası gənclərin demək olar 85 faizində belə sızanaqlara rast gəlmək mümkündür".

E.Novruzov akne xəstəliyinin mahiyyəti, profilaktikası, müalicə metodları haqqında da danışıb. Sonda akne ilə üzləşən gənclərə vaxtında həkim – dermatoloqa müraciət etmələri tövsiyə olunub.

 

Əsas mövzular