12:23 15 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
İri buynuzlu mal-qara, arxiv şəkli

Nazirlik mal-qarasından narazı olan şikayətçi ilə bağlı açıqlama verdi

© Sputnik / Sergey Malgavko
XƏBƏRLƏR
Qısa URL
110 0 0

"Mal-qara onu qane etmirsə, o zaman onları qəbul etməyərək aktı imzalamaya bilər"

BAKI, 19 noyabr — Sputnik. Bir neçə gün öncə Goranboy rayonu, Əlirzalı kənd sakini Ariz Dəmirovun “Yeni Müsavat” qəzetində dərc olunmuş şikayəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, həmin materialda şikayətçi şəxs mal-qaranın qoca olmasından gileyini bildirmişdir. Artıq dərc olunan materialla bağlı nazirliyin mətbuat katibi Fazil Talıblı rəsmi məlumat yayıb:

“Proqram iştirakçısına seçim imkanı verilir, verilən mal-qara ilə bağlı onun rəyi, məmnunluğu mütləq şəkildə nəzərə alınır. Təqdim olunan mal və materiallardan, o cümlədən mal-qaradan proqram iştirakçısı məmnun olduğu halda həmin aktı imzalayaraq qəbul edir. Əgər təqdim edilən mal-qara onu qane etmirsə, o zaman onları qəbul etməyərək aktı da imzalamaya bilər. Belə olan halda həmin şəxsə yenidən mal və materialar, o cümlədən mal-qara təqdim edilir”.

Nazirlik rəsmisinin məlumatına görə, özünüməşğulluq proqramı iştirakçısı olan Ariz Dəmirova oktyabrın 28-də kiçik təsərrüfatını yaratmaq üçün mal-qara verildikdə məmnunluğunu ifadə edib:

“Həmin şəxs mal və materialları qəbul etdiyinə dair aktı imzalayıb. Hətta ona veriləcək heyvanları da özü seçib.Belə olan halda Ariz Dəmirovun mal-qara veriləndən üç həftə sonra şikayət edərək verilmiş mal-qaradan narazılığını bildirməsi əsaslı ola bilməz” - deyə nazirlik rəsmisi əlavə edib.

 

Əsas mövzular