Yeni nazir müavini kollektivə təqdim olunub

© AR Ministry of EducationAzərbaycan Respublikasının Təhsil Nazirliyi
Azərbaycan Respublikasının Təhsil Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 19 noyabr - Sputnik. Təhsil nazirinin yeni müavini İdris İsayev Təhsil Nazirliyinin kollektivinə təqdim olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verib. 

O bildirib ki, yeni müavini kollektivə təhsil naziri Ceyhun Bayramov təqdim edib. 

Qeyd edək ki, noyabr ayının 16-da Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla İdris İsayev təhsil nazirinin müavini təyin olunub. 

İ.İsayev bu təyinata qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb. 

Xəbər lenti
0