Ölkənin bir tərəfi qara, digər tərəfi isə tüstüyə bürünüb

© REUTERS / BRENDAN MCDERMIDNyu-Yorkda qar fırtınası
Nyu-Yorkda qar fırtınası - Sputnik Azərbaycan
Abunə olmaq
Uçuşların təxirə salınması ilə əlaqədar olaraq 89 milyon şəxsə məlumat göndərilibABŞ

BAKI, 17 noyabr — Sputnik. ABŞ-ın Kaliforniya ştatında yanğınların davam etdiyi bir vaxtda Nyu-Yorkda güclü qar yağıb.

Sputnik Azərbaycan-ın İngiltərə mediasına istinadən xəbərinə görə, artıq ötən gündən etibarən Nyu-Yorkda güclü qar fırtınası müşahidə edilir. Nyu-York sakinlərinin “avery” adını verdikləri bu fırtına nəticəsində hava limanında uçuşlar təxirə salınıb. Uçuşların təxirə salınması ilə əlaqədar olaraq 89 milyon şəxsə məlumat göndərilib.

Qeyd edək ki, həftələrdir Kaliforniya ştatında davam edən yanğınlar nəticəsində 66 nəfər dünyasını dəyişib. Baş verən yanğın hadisəsi ilə əlaqədar bir neçə məşhurun evi boşaldılıb.

Xəbər lenti
0