"Əlilləri" məyus edəcək xəbər

CC0 / stevepb / инвалидИнвалидная коляска. Архивное фото
Инвалидная коляска. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb

BAKI, 16 noyabr — Sputnik. Cari ilin III rübündə bu ilin ilk rübünə nisbətən ilkin əlillik 61,3 faiz azalıb. 2018-ci ilin III rübündə əlillik təyin olunanların, həmçinin 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqların (SİMU) sayında bu ilin birinci rübünə nisbətən 61,3 faiz azalma olub. İkinci rüb ilə müqayisədə isə əlillik təyinatında azalma 20 faiz təşkil edib. 

Əlinin müalicəsi xaricdə var - Sputnik Azərbaycan
CƏMİYYƏT
Övladı üçün ölüm və əlillik arasında seçim edən ata: “Əlimdən gələn hər şeyi etmişəm...”

Sputnik Azərbaycan Əmək və Sosial Müdafiə Fonduna istinadən xəbər verir ki, o cümlədən ilkin olaraq I qrup üzrə əlillik təyinatlarında 75,8 faiz, II qrup üzrə 62,3 faiz, III qrup üzrə 51,9 faiz, SİMU üzrə 55 faiz azalma qeydə alınıb.

Əlillik təyinatlarına nəzarətin gücləndirilməsi və bu sahənin şəffaflaşdırılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səhiyyə Nazirliyi tərəfindən birgə işlər davam etdirilir. Xüsusilə də yanlış əlillik təyinatlarının və əlillik təyinatı üçün əsassız göndərişlərin aşkar olunaraq ləğv edilməsi nəticəsində əlilliyin artım tempi bu il əhəmiyyətli şəkildə azalıb.

Əlilliyi olan şəxslərin reabilitasiya potensialının düzgün qiymətləndirilməsi əsasında onların sağlamlıqlarının bərpasında və cəmiyyətə inteqrasiyasında konkret nəticələrə yönələn fərdi reabilitasiya proqramının tətbiqi də qarşıda duran vəzifələrdəndir.

Xəbər lenti
0