Gürcüstan vətəndaşları ölkəmizə narkotik vasitə keçirmək istədilər

© AP Photo / Brennan LinsleyРостки конопли на самой большой в Америке легальной ферме по выращиванию марихуаны в Лос Суэносе
Ростки конопли на самой большой в Америке легальной ферме по выращиванию марихуаны в Лос Суэносе - Sputnik Azərbaycan
Abunə olmaq
Cihazlar panelində sənədlər üçün nəzərdə tutulan dolabından isə, ümumi çəkisi 7 qram olan narkotik vasitə-marixuana aşkarlanıb

BAKI, 16 noyabr — Sputnik. Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda ölkəyə narkotik vasitə keçirmək istəyən Gürcüstan vətəndaşları saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumata görə, saxlanılan şəxslərin nəqliyyat vasitələrinə baxış zamanı narkotik vasitələr aşkar edilib.

Belə ki, Gürcüstandan gələn bu ölkə vətəndaşlar ı- Jvarsheıshvılı Gıvı Qriqoliçə məxsus nəqliyyat vasitəsinin salonundakı cihazlar panelində siqaret külünün tökülməsi üçün nəzərdə tutulan yerdən, ümumi çəkisi 3 qram, Janıashvılı Vakhtang Piruzoviçə məxsus nəqliyyat vasitəsinin salonundakı, cihazlar panelində sənədlər üçün nəzərdə tutulan dolabından isə, ümumi çəkisi 7 qram olan narkotik vasitə-marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0