23:02 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Fazil Mustafa

Deputat: "AzTV plenar iclaslardakı çıxışlardan niyə sitatlar vermir?"

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
109 0 0

"AzTV bu yükü götürə bilmirsə, heç olmasa, İctimai Televiziya reportajlar hazırlasın"

BAKI, 15 noyabr - Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisin 2019-cu il üçün xərclər smetası haqqında" qanun layihəsinin müzakirəsi zamanı Azərbaycan Dövlət Televiziyası (AzTV) tənqid olunub.

Milli Məclis
© Sputnik / Murad Orujov

Sputnik Azərbaycan xəbər verir ki, deputat Fazil Mustafa "AzTV iclaslardakı çıxışlardan niyə sitatlar vermir?" sualını ünvanlayıb. O bildirib ki, dövlət büdcəsi bir neçə gündür müzakirə olunur, amma televiziyalar bunu bir saatlıq verilişin içərisində verir.

"Heç olmasa, büdcə müzakirəsini normal şəkildə təqdim edin ki, cəmiyyət görsün. Elə qələmə verilir ki, sanki Milli Məclisdə dövləti, insanları düşünən insan yoxdur. Burada fikirlər səsləndirilir, bunun təbliği lazımdır" - millət vəkili vurğulayıb.

"İctimai Televiziya ümumiyyətlə, nəsə vermir. Onları da bu məsələyə qoşmaq lazımdır. AzTV bu yükü götürə bilmirsə, heç olmasa, İctimai Televiziya reportajlar hazırlasın" - F.Mustafa əlavə edib.

Əlaqədar

Parlament maliyyə nazirindən əlavə vəsait istəyir
Daha bir deputat öz əməkhaqlarının artırılmasını tələb edir
Milli Məclis işini başa vurdu
Teqlər:
çıxış, AzTV, Fazil Mustafa, Milli Məclis

Əsas mövzular