Bəzi ərazilərdə havanın temperaturu 3 dərəcəyədək düşəcək

Abunə olmaq
Noyabrın 14-ü gündüz saatlarında gözlənilən hava şəraiti açıqlanıb

BAKI, 14 noyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında noyabrın 14-ü gündüz saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu 10-12 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 14-ü gündüz saatlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu 11-16, dağlarda 3-7 dərəcə isti təşkil edəcək.

Xəbər lenti
0