Şimal-qərb bölgəsində sürpriz təbiət hadisəsi: Yerlilər də, gəlmələr də heyrətə düşüb

© Sputnik / Ilham AhmadovQəbələdə qar
Qəbələdə qar - Sputnik Azərbaycan
Abunə olmaq
İlk qar Qəbələdə istirahət edən ərəblərin sevincinə səbəb olub

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 13 noyabr — Sputnik. Qəbələ sakinləri ilə yanaşı, rayona gələn yerli və xarici turistlər hazırda rayonda iki fəslin vəhdətini yaşayırlar. İki gündür ki, rayonun cənub hissəsində payız, şimalında isə qış fəslidir.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Qəbələ şəhərinin şimalındakı kanat yolu ilə dağlara qalxan zaman, hər kəs bu gözəl təbiət mənzərəsini seyr edə bilir. Qəbələ rayonuna ilk qarın yağması "Tufandağ" Qış-Yay Turizm Kompleksində istirahət edənlər üçün əsl sürpriz olub. Xüsusən də isti ölkələrdən Qəbələyə istirahət etmək üçün gələn ərəb turistlər bu anı yaşamaqdan xüsusi zövq alırlar.

Qarın yağması ilə əlaqədar Qəbələdə qış turizminə erkən start verilib. Rayonun dağlıq əraziləri ağ örpəyə bürünüb. Hazırda yerli və xarici turistlərin kanat yolu ilə dağlarda gəzintisi təşkil edilir, "Tufandağ" hotelində istirahəti təmin olunur.

© Sputnik / Ilham AhmadovQəbələdə qar
Qəbələdə qar - Sputnik Azərbaycan
1/7
Qəbələdə qar
© Sputnik / Ilham AhmadovQəbələdə qar
Qəbələdə qar - Sputnik Azərbaycan
2/7
Qəbələdə qar
© Sputnik / Ilham AhmadovQəbələdə qar
Qəbələdə qar - Sputnik Azərbaycan
3/7
Qəbələdə qar
© Sputnik / Ilham AhmadovQəbələdə qar
Qəbələdə qar - Sputnik Azərbaycan
4/7
Qəbələdə qar
© Sputnik / Ilham AhmadovQəbələdə qar
Qəbələdə qar - Sputnik Azərbaycan
5/7
Qəbələdə qar
© Sputnik / Ilham AhmadovQəbələdə qar
Qəbələdə qar - Sputnik Azərbaycan
6/7
Qəbələdə qar
© Sputnik / Ilham Ahmadov
Qəbələdə qar - Sputnik Azərbaycan
7/7
1/7
Qəbələdə qar
2/7
Qəbələdə qar
3/7
Qəbələdə qar
4/7
Qəbələdə qar
5/7
Qəbələdə qar
6/7
Qəbələdə qar
7/7

Omandan olan turist Muhəmməd İsmayıl Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, Qəbələdə havanın qəflətən dəyişməsi və qarın yağması onlar üçün sürpriz olub. "Tufandağ" hotelində dincələn əcnəbi turistlər Qəbələyə yağan ilk qarın yaratdığı gözəl mənzərə qarşısında yüksək səviyyədə istirahət etməyə çalışırlar. Onlar bu gözəl anları videokameranın yaddaşına köçürür, xatirə şəkilləri çəkdirir, qartopu oynayır, xizəklə sürüşür, qarlı havada dağlarda meşə gəzintisinə çıxırlar.

Rayon mərkəzindən 4 kilometr şimalda və dəniz səviyyəsindən 1680 metr hündürlükdə olan kanatla 4 istiqamətə dağ gəzintisinə çıxmaq və qarın yaratdığı əsrarəngiz mənzərəni seyr etmək fürsətini heç kim əldən buraxmaq istəmir.

Qış turizmindən həzz almaq üçün son iki gündə Qəbələyə gələn turistlərin sayı xeyli artıb. Küveytdən gələn turist Hacı Əli Amar burada dincəlməyin ona xüsusi zövq verdiyini deyib. O, Azərbaycana ilk dəfə səfər etdiyini, Bakıdan sonra istirahət üçün Qəbələyə gəldiyinə görə çox sevindiyini bildirib.

Birləşmiş Ərəb Əmirliklərindən gələn Muhəmməd Yasif Qəbələnin təbiətinin çox gözəl olduğunu, burada qış fəslində istirahət üçün hər cür şəraitin yaradıldığını, qar yağandan sonra arzuladığı gözəl qış mənzərəsinin məhz burada şahidi olduğunu deyib. Kanatla dağlardan aşağı, yəni Qəbələ şəhərinə doğru qayıtdıqca qış fəsli yenidən payıza, qar isə yağışa çevrilir.

Sinoptiklər isə Qəbələdə qarlı havanın hələ bir neçə gün davam edəcəyini proqnozlaşdırırlar.

Xəbər lenti
0