Vətəndaşlara 13-15 noyabr xəbərdarlığı

© Sputnik / Rumiyya MiraslanBakıya yağan yağış nəticəsində yaranan tıxac
Bakıya yağan yağış nəticəsində yaranan tıxac - Sputnik Azərbaycan
Abunə olmaq
Məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 11-13 dərəcə isti təşkil edəcək

BAKI, 12 noyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında noyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 11-13 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu, nisbi rütubət 85-95 faiz olacaq. 

Девушка идет на Смоленской площади в Москве, 15 сентября 2017 года - Sputnik Azərbaycan
CƏMİYYƏT
Həftənin ilk iş gününün hava proqnozu açıqlandı

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Lənkəran-Astara zonasında intensiv olacağı ehtimalı var. Gündüz bəzi rayonlarda yağışda fasilə olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-9, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olsa da, havada rütubətin bir qədər çox olması bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Qeyd edək ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti noyabrın 15-dək davam edəcək. Bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Lənkəran-Astara zonasında intensiv olacağı ehtimalı var. Lənkəran-Astara zonasının bəzi çaylarında suyun səviyyəsinin artacağı, qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Xəbər lenti
0