10:52 21 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9340
Atatürkün portreti

Böyük Türkün ölüm günü

Presidential Press Service via AP, Pool
XƏBƏRLƏR
Qısa URL
193 0 0

Türk Ordusu Marşalı Mustafa Kamal Atatürkün ölümündən 80 il keçir

BAKI, 10 noyabr — Sputnik. Bu gün Türkiyə İstiqlaliyyət Müharibəsinin hərbi və siyasi lideri, Türkiyə Respublikasının qurucusu və 1923-cü ildən 1938-ci ilə qədər hakimiyyətdə olmuş ilk prezidenti, Türk Ordusu Marşalı Mustafa Kamal Atatürkün ölümündən 80 il keçir.

Atatürk Birinci Dünya Müharibəsi zamanı Osmanlı ordusunda xidmət edib. Çanaqqala Cəbhəsində polkovnikliyə, Sina-Fələstin Cəbhəsində isə İldırım Orduları (7-ci Ordu) generallığına təyin edilib.

Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1919-cu ildə başlayan Milli Qurtuluş Savaşı 1922-ci ildə Türkiyənin qələbəsi ilə tamamlanıb. Osmanlı dövlətini idarə edənlər bu savaşın rəhbərləri haqqında ölüm fərmanı imzalamaqdan çəkinmədilər.

Qurtuluş savaşı bitdiyi zaman bir tərəfdə Böyük Millət Məclisi, digər tərəfdə Osmanlı səltənəti vardı. Böyük Millət Məclisinin 1 noyabr 1922-ci ildə qəbul etdiyi qanunla Türk tarixində səltənət dövrü bitdi və yeni bir dövr başladı. 1923-cü ilin 29 oktyabrında Türkiyə Dövlətinin Cümhuriyyət olduğu açıqlandı.

Mustafa Kamal Atatürkün liderliyi altında minlərlə yeni məktəb inşa edildi. Qadınlara bərabərlik və siyasi hüquqlar verildi. Kəndlilərin kürəyinə yüklənən ağır vergilər azaldıldı.

1938-ci ildə dünyasını dəyişənə qədər ard-arda 4 dəfə prezident seçilən Atatürk, bu vəzifəni ən uzun müddət icra edən şəxs olub.

Atatürkün tarixdə oynadığı rol bir çox yazıçı və tarixçi tərəfindən öyrənilib və haqqında 379 əsər yazılıb.

Əlaqədar

Atatürk Türkiyə konstitusiyasından çıxarılır
Ərdoğan Atatürk haqda elə ifadə işlətdi ki...
Ərdoğandan Atatürk açıqlaması
Atatürk düşmən elan olundu
Teqlər:
ölüm, Mustafa Kamal Atatürk, Türkiyə

Əsas mövzular