10:24 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Məhbus, arxiv şəkli

Ötən gün 30 nəfər saxlanılıb

© Sputnik / Tabyldy Kadyrbekov
XƏBƏRLƏR
Qısa URL
16 0 0

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

BAKI, 8 noyabr — Sputnik. Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 120 cinayət faktı qeydə alınıb, onların da 25-i açılıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə, ümumilikdə 17 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq, aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Əlaqədar

Daxili İşlər Nazirliyi elan verdi
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edir
Daxili İşlər Nazirliyi son sutka ərzində baş verənlərə aydınlıq gətirib
Daxili İşlər Nazirliyi Bakıda yaşanan dəhşətlə bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi vətəndaşlara çağırış edir
Teqlər:
statistika, cinayət, Daxili İşlər Nazirliyi

Əsas mövzular