Dövlət İmtahan Mərkəzi statistik məlumatları açıqladı

© Sputnik / Murad OrujovDövlət İmtahan Mərkəzinin binası
Dövlət İmtahan Mərkəzinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd etmək lazımdır ki, müxtəlif illərdə ali təhsil müəssisələrinə qəbul zamanı müsabiqə şərtləri fərqli olub

BAKI, 8 noyabr — Sputnik. 2018-ci il oktyabrın 28-də keçirilən imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və TQDK-nın əmri ilə ali təhsil müəssisələrinə qəbul olmuş şəxslərin nəticələri haqqında növbəti statistik məlumatlar açıqlanıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1456 namizəddən 1332 nəfər keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (DİM-in) keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən, ali təhsil müəssisələrinə qəbul olub. Bu şəxslərdən 650 nəfər imtahandan uğurla keçib (48.8%).

301-400, 401-500, 501‑600, 601-700 intervalında bal toplayanların müvafiq olaraq 46.2%-i, 58.3%-i, 61.8%-i, 62.9%-i test imtahanından uğurla keçib. Verilənlərə əsasən, əvvəlki imtahanlarda olduğu kimi bu imtahanda da uğur qazananların faiz göstəricilərinin bal intervallarına mütənasib olaraq artımı müşahidə olunur.

© © DİM-nin mətbuat xidmətiStatistik məlumatlar
Dövlət İmtahan Mərkəzi statistik məlumatları açıqladı - Sputnik Azərbaycan
Statistik məlumatlar

Qeyd etmək lazımdır ki, müxtəlif illərdə ali təhsil müəssisələrinə qəbul zamanı müsabiqə şərtləri fərqli olub. Daha aşağı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan şəxslər əsasən qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak edənlərdir.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 1456 namizəddən 124 nəfər ali təhsil müəssisələrinə TQDK-nın (DİM-in) əmri ilə qəbul olmayıb. Onlardan yalnız 17 nəfər (13.7%) imtahanda uğur qazanıb. Müvəffəqiyyət əldə edənlərdən 6 nəfər xaricdə yerləşən təhsil müəssisələrini, 11 nəfər isə ölkənin ali təhsil müəssisələrini bitirib.

Xəbər lenti
0