Paytaxt sakinlərinə xəbərdarlıq olunur

© Sputnik / Irade JELILXırdalandakı "Məktəb yolu" adlanan ərazidə yağışın fəsadları
Xırdalandakı Məktəb yolu adlanan ərazidə yağışın fəsadları - Sputnik Azərbaycan
Abunə olmaq
Yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var

BAKI, 8 noyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında noyabrın 8-i gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var.

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu 13-15 dərəcə isti təşkil edəcək.

Məlumata görə, Azərbaycanın rayonlarında noyabrın 8-i gündüz saatlarında hava şəraitinin, əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu 15-19, dağlarda 2-7 dərəcə isti təşkil edəcək.

Xəbər lenti
0