CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yağış Bakının mərkəzi küçələrində hərəkəti "iflic etdi"

© Sputnik / Rumiyya MiraslanBakıya yağan yağış nəticəsində yaranan tıxac
Bakıya yağan yağış nəticəsində yaranan tıxac - Sputnik Azərbaycan
Abunə olmaq
Xətai" metrostansiyası ətrafından başlayan tıxac Akademik Milli Dram Teatrının yaxınlığına qədər davam edir

BAKI, 8 noyabr — Sputnik. Dünən axşam saatlarından başlayan yağış şəhərin mərkəzi küçələrində avtomobillərin hərəkətini iflic edib. Sputnik Azərbaycan xəbər verir ki, təxminən, 10:20 radələrində Xocalı prospektində 30 nömrəli avtobusla “Prado" markalı avtomobil toqquşub. Nəticədə Xocalı prospektindən Bakı Əyləncə Mərkəzi istiqamətinə gedən yol bağlanıb.

© Sputnik / Rumiyya MiraslanBakıya yağan yağış nəticəsində yaranan tıxac
Yağış Bakının mərkəzi küçələrində hərəkəti iflic etdi - Sputnik Azərbaycan
Bakıya yağan yağış nəticəsində yaranan tıxac

"Xətai" metrostansiyası ətrafından başlayan tıxac Akademik Milli Dram Teatrının yaxınlığına qədər davam edir.

"Azdrama"nın ətrafında isə küçəni su basıb. Hadisə yerində hazırda Dövlət Yol Polisi və Fövqəlada Hallar Nazirliyinin əməkdaşları işləyir. Üç ədəd FHN avtomobili və DYP əməkdaşları dayanmadan küçədən axan selin çəkilməsi və nəqliyyatın hərəkətinin bərpa edilməsi istiqamətində işlər görür.

Xəbər lenti
0