Qonşu ölkədə zəlzələ olub

© AFP 2023 / Sam YehSeysmoqraf. Arxiv şəkli
Seysmoqraf. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Təbiət hadisəsi Gürcüstanın Oni şəhərində baş verib

BAKI, 6 noyabr — Sputnik. Gürcüstanda 4.6 bal gücündə zəlzələ olub. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, təbiət hadisəsi Gürcüstanın Oni şəhərində baş verib.

Gürcüstan Təbii Fəlakətlər və Fövqəladə Hallar Nazirliyinin internet saytında yer alan xəbərə görə, zəlzələ yerli saatla 04.17-də qeydə alınıb. Zəlzələnin episentri Türkiyənin Ardahan rayonunun Posof bölgəsinə 110 kilometr məsafədə və yerin 18 kilometr dərinliyində olub.

Xəbər lenti
0