CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkədə eyni gündə 20 nəfər saxlanılıb

© Sputnik / Anar MustafayevЗдание Министерства внутренних дел Азербайджанской Республики
Здание Министерства внутренних дел Азербайджанской Республики  - Sputnik Azərbaycan
Abunə olmaq
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

BAKI, 2 noyabr — Sputnik. Ötən gün noyabr ayının 1-dən 2-dək daxili işlər orqanlarında gün ərzində 118 cinayət faktı qeydə alınıb, onlardan 21-i "isti izlər"lə açılıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə, ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Xəbər lenti
0