Bu günə gözlənilən xəbər açıqlanıb

© Sputnik / Murad OrujovЗакат на Приморском парке в Баку
Закат на Приморском парке в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Məlumata görə, havanın temperaturu 16-18 dərəcə isti təşkil edəcək

BAKI, 2 noyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında noyabrın 2-si gündüz saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, havanın temperaturu 16-18 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə bu gün gündüz saatlarında, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu 15-20, dağlarda 5-10 dərəcə isti təşkil edəcək.

Xəbər lenti
0