Günün sonunadək ehtiyatlı olmağınız məsləhətdir

© Photo : REPORTДождливая погода в Баку, фото из архива
Дождливая погода в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Paytaxt və bölgələrdə yağış yağacağı gözlənilir

BAKI, 1 noyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında noyabrın 1-i gündüz saatlarında hava şəraitinin buludlu olacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu 18-20 dərəcə isti təşkil edəcək.

Gündüz saatlarında Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu 15-20, dağlarda 5-10 dərəcə isti təşkil edəcək.

Xəbər lenti
0