Günün sonunadək hava dəyişəcək

© Sputnik / Ilham AhmadovQəbələdə güclü yağış və dolunun yaratdığı fəsadlar
Qəbələdə güclü yağış və dolunun yaratdığı fəsadlar - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın temperaturu 18-23, dağlarda 8-13 dərəcə isti təşkil edəcək

BAKI, 31 oktyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında oktyabrın 31-i gündüz saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Məlumata görə, havanın temperaturu 18-20 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında isə bu gün gündüz saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və şərq rayonlarında yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu 18-23, dağlarda 8-13 dərəcə isti təşkil edəcək.

Xəbər lenti
0