Qarşıdakı 3 gün ərzində diqqətli olmağınız məsləhət görülür

© Sputnik / Shahperi AbbasovaZaqatala rayonunda bir neçə gün öncə yağan leysan nəticəsində Tala çayı daşıb
Zaqatala rayonunda  bir neçə gün öncə yağan leysan nəticəsində Tala çayı daşıb - Sputnik Azərbaycan
Abunə olmaq
ETSN hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edir

BAKI, 30 oktyabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi haqqında xəbərdarlıq edir.

Leysan - Sputnik Azərbaycan
Nazirlikdən leysan xəbərdarlığı

Sputnik Azərbaycan ETSN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 31-i gündüz şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 31-i gündüz şimal rayonlarından başlayaraq noyabrın 2-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Yağışın bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

Xəbər lenti
0