08:51 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Ünvanlı sosial yardımın ödənilməsi. Arxiv şəkli

Ölkədə sosial müavinət alanların sayı açıqlanıb

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
36 0 0

2018-ci ilin 9 ayında nazirlik tərəfindən birdəfəlik müavinətlə təmin olunanların sayı 69,8 min nəfər olub

BAKI, 30 oktyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırda 419,9 min nəfərə aylıq sosial müavinət ödənilir. Bu barədə Sputnik Azərbaycan-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, "Sosial müavinətlər haqqında" Qanuna əsasən, əlilliyə, yaşa və ailə başçısını itirməyə görə aylıq sosial müavinət ödənilir.

Həmçinin, qanunvericiliyə uyğun olaraq, sağlamlıq imkanları məhdud uşaqlar, beşdən çox uşağı olan qadınların hər bir uşağı, müharibə veteranları bu sosial təminat növü ilə təmin edilirlər. Müharibə əlillərinin və şəhid ailələrinin, I və II qrup Çernobıl əlillərinin, müddətli hərbi xidmət qulluqçularının uşaqlarına, ünvanlı dövlət sosial yardımı ilə təmin edilən aztəminatlı ailələrdəki bir yaşadək uşaqlara və qanunvericilikdə nəzərdə tutulan digər şəxslərə də hər ay sosial müavinət verilir.

Uşağın doğulmasına görə ailələr, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslər isə birdəfəlik müavinətlə təmin olunurlar. Dəfn xərci kimi birdəfəlik müavinət, radiasiya qəzasının nəticəsində zərər çəkərək əlil olmuş insanlara hər il birdəfəlik müavinət də ödənilir.

2018-ci ilin 9 ayında nazirlik tərəfindən birdəfəlik müavinətlə təmin olunanların sayı 69,8 min nəfər olub.

Əlaqədar

Azərbaycanda çoxuşaqlı anaların 8810 uşağına sosial müavinət verilir
Sosial yardım alan hər kəsə 50 manat birdəfəlik müavinət veriləcək
Ölkədə sosial müavinət və yardımla təmin olunanların 46%-i uşaqlardır
Sosial müavinət alanların sayı bilindi
Teqlər:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, sosial müavinət, sosial müdafiə

Əsas mövzular