PKK-ya ağır zərbə endirilib

© AFP 2023 / SAFIN HAMEDPKK terrorçuları, arxiv şəkli
PKK terrorçuları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Son bir ildə 1451 nəfər PKK terrorçusu zərərsizləşdirilib

BAKI, 30 oktyabr — Sputnik. "Türkiyədə son bir ildə narkotik ticarətinə qarşı 143 394 əməliyyat keçirilib". Sputnik Azərbaycan "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, həmin əməliyyatlar nəticəsində 21 947 nəfər tutulub.

Terror təşkilatlarına qarşı aparılan əməliyyatlar barədə danışan Soylu qeyd edib ki, son bir ildə PKK-ya qarşı 91 297, FETÖ-yə qarşı 38 725, İŞİD-ə qarşı 2 483, son dərəcə solçu terror qurumlarına qarşı isə 655 əməliyyat həyata keçirilib.

"Son bir ildə 1451 nəfər PKK terrorçusu, 40 nəfər solçu terror təşkilatının üzvü zərərsizləşdirilib, 336 İŞİD-çi ələ keçib" - nazir deyib.

Xəbər lenti
0