CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kənd Təsərrüfatı Nazirliyinin yeni layihəsi təqdim edilib

© Sputnik / Tarana KhudabakhshiyevaKənd Təsərrüfatı Nazirliyinin yeni layihəsi – AMAL təqdim edilib
Kənd Təsərrüfatı Nazirliyinin yeni layihəsi – AMAL təqdim edilib - Sputnik Azərbaycan
Abunə olmaq
AMAL layihəsinin əsas məqsədlərindən biri də regionlarda yaşayan gənc xanımların biznes ideyalarının reallaşmasına və sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək verməkdir

BAKI, 30 oktyabr - Sputnik. Bu gün Kənd Təsərrüfatı Nazirliyinin yeni layihəsi – AMAL təqdim edilib. Layihə kənd yerlərində yaşayan gənclərin aqrar sahədə biznes ideyalarının həyata keçirilməsinə, onların innovativ metodlardan tətbiqinin stimullaşdırılmasına dəstək verən, effektiv və ətraf mühiti qoruyan yeni kənd təsərrüfatı və idarəçilik üsulları barədə məlumatlanmasına yönələn və gənc fermerlərin ilkin kapitalının formalaşmasına şərait yaradan bir təşəbbüsdür.

Sputnik Azərbaycan xəbər verir ki, Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) həyata keçirdiyi AMAL regionlarda yaşayan gənclərin aqro biznes ideyalarını reallaşdırmaq və sahibkar kimi formalaşmalarına dəstək vermək məqsədi daşıyır. 

Kəndə Təsərrüfatı Nazirliyinin satış yarmarkası - Sputnik Azərbaycan
Kənd Təsərrüfatı Nazirliyi əhaliyə xəbərdarlıq etdi

Layihə çərçivəsində Gənc Fermerlər Proqramı və Kənd Təsərrüfatı Sahəsində Peşə Təhsili Proqramı həyata keçirilməklə, gənclərin məşğulluq imkanlarının artırılması üçün zəruri olan bilik və bacarıqlara sahib olması, texnoloji yeniliklərin tətbiq edilməsi və ətraf mühitin qorunması ilə bağlı müvafiq təlimlərin keçirilməsi nəzərdə tutulub.

AMAL layihəsinin əsas məqsədlərindən biri də regionlarda yaşayan və kənd təsərrüfatı ilə məşğul olmaq istəyən gənc xanımların və məcburi köçkün ailələrindən olan gənclərin bu sahədə biznes ideyalarının reallaşmasına və sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək verməkdir.

Tədbirdə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova çıxış edərək bildirib ki, fəal əhalinin 36 faizi aqrar sektorda çalışır. Bu sahədə rəqabət mühitinin yaranması, regionlarda yeni iş yerlərinin yaradılması kənd təsərrüfatının əsas prioritet sahələrindəndir. O bildirib ki, kənd təsərrüfatı sahələrinin  canlandırılması ilə bağlı bəzi perspektiv imkanlar müəyyənləşdirilib ki, bu, gənclərə layiqli iş imkanları yaradır.

© Sputnik / Tarana KhudabakhshiyevaKənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova
Kənd Təsərrüfatı Nazirliyinin yeni layihəsi təqdim edilib - Sputnik Azərbaycan
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova

"Məhz kənd təsərrüfatı sahələri və ətraf mühitin qorunub saxlanılmasına kömək edən iş yerlərinin təmin edilməsi kənd təsərrüfatı sahəsinin qlobal ÜDM-ə töhfəsini 20 faizə qədər artırılması və 45 milyon yaşıl iş yerinin təmin edilməsi gözlənilir. Aqrar sektora yüksək ixtisaslı işçi qüvvəsini cəlb edilməsi və məhsuldarlığın artırılması, yüksək ixtisaslı kadrların işə cəlb edilməsi gözlənilir. Ölkə əhalisinin 2,7 milyon və ya əhalinin 29,9 faizi gənclərdir. Gənclərin 48 faizi kənd yerlərində yaşayır" – deyə İ.Qədimova bildirib.

Daha sonra  FAO-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak çıxış edib. O deyib ki, 2018 -2020-ci illəri əhatə edən bu layihənin 1 mln dollarlıq büdcəsi var: “AMAL-ın təşəbbüs Azərbaycan hökumətinin iqtisadiyyatın şaxələndirilməsinə verdiyi önəmi göstərir. Layihənin davamlılığı var. Bu layihə kənd təsərrüfatının İnkişafına səbəb olacaq".

Xəbər lenti
0