CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünyada seksdən zövq alan ölkələrin siyahısı açıqlandı

CC0 / Free-Photos / BedYataq, arxiv şəkli
Yataq, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Seksual aktivliyin yüksək olduğu 12 ölkə müəyyən edilib

BAKI, 26 oktyabr — Sputnik. Rezin qoruyucu istehsal edən tanınmış şirkətlərdən biri müxtəlif ölkələrdə seksual həyat haqqında araşdırma aparıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, araşdırmanın nəticəsinə görə, seksual aktivliyin yüksək olduğu 12 ölkə müəyyən edilib.

Öpüşən gənc cütlük, arxiv şəkli - Sputnik Azərbaycan
Kişilər yataqda nə eşitmək istəyirlər?

Cinsi həyatın daha çox olduğu ilk ölkə İsveçrə hesab edilib. Fahişəliyin leqal olması, icazəli escort evlərinin fəaliyyət göstərməsi, pornoqrafiyaya liberal yanaşma və məktəb yaşlarında başlayan seksual həyat İsveçrədə seksual həyatın bu səviyyəyə çatmasına gətirib çıxarıb.

2013-cü ildə aparılan araşdırmaya görə, xalqın 21 faizi öz seksual həyatından razı olub. İsveçrədə ictimai yerlərdə sekslə məşğul olmaq 32 faizə çatıb.

Siyahıda ikinci yerdə İspaniya qərarlaşıb. Araşdırma zamanı ispaniyalı qadınlar yataqda ən ideal partnyor kimi elə ispan kişiləri göstəriblər. İspanların 25 faizi cinsi performanslarının yaxşı olduğunu , 90 faizi isə cinsi həyatdan zövq aldığını bildirib.

Siyahıda üçüncü yerdə isə İtaliya olub. Əla şərab, yaxşı yemək və mükəmməl cini həyat. Xalqın 64 faizi cinsi həyatdan zövq aldığını, 33 faizi isə seksin ən az 10 dəqiqə davam etməli olduğunu dilə gətirib.

Men"s Health jurnalına görə italyanların cinsi zövqə gedən yolu mədədən keçir. Belə ki, hər gün iki qədəh şərab içən italyan qadınlar seksdən daha çox zövq alır.

Siyahıda dördüncü yerdə Braziliya qərarlaşıb. Braziliyalı kişilər qadınları seksual cəhətdən təmin etmək baxımından italyanlardan sonra ikinci yerdədir. Braziliyalılar həftədə 3 dəfə sekslə məşğul olur.

Siyahının beşincisi Yunanıstandır. Yunanların 51 faizi seksual həyatdan zövq aldığını etiraf edib. Onların orta hesabla ildə 164 dəfə cinsi əlaqəyə girdikləri müəyyən edilib.

Siyahıda daha sonra Hollandiya, Meksika, Hindistan, Avstraliya, Nigeriya, Almaniya və Çin gəlir.

Xəbər lenti
0