Konsulluqda öldürülən jurnalistin oğlu Səudiyyəni tərk edib

© AFP 2023 / Virginia MayoCamal Qaşıqçı
Camal Qaşıqçı - Sputnik Azərbaycan
Abunə olmaq
Qətlə yetirilmiş səudiyyəli jurnalist Camal Qaşıqçının oğlu Salah ibn Camal Qaşıqçı Səudiyyə Ərəbistanını tərk edib.

BAKI, 26 oktyabr — Sputnik. Qətlə yetirilmiş səudiyyəli jurnalist Camal Qaşıqçının oğlu Salah ibn Camal Qaşıqçı Səudiyyə Ərəbistanını tərk edib.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

"Human Rights Watch" təşkilatının Yaxın Şərq üzrə bölməsinin icraçı direktoru Sara Li Uitsonun sözlərinə görə, o, ailə üzvləri ilə birlikdə Ər-Riyadı tərk edib və ABŞ-a doğru istiqamət alıb. Bu, mərhum jurnalistin oğluna Ər-Riyadı tərk etməklə bağlı qoyulmuş qadağa götürüldükdən sonra baş verib.

Öz növbəsində CNN telekanalı mənbəyə istinadən Qaşıqçının oğlunun ABŞ-a çatdığını xəbər verib.

Salah Camal Qaşıqçının böyük oğludur. Onun ikili — Səudiyyə Ərəbistanı və ABŞ vətəndaşlığı var.

Xəbər lenti
0