12:51 20 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9459
Yol polisi, arxiv şəkli

Bakı yollarında təhlükəli sürücülər dolaşır

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
49 0 0

Kimi narkotik maddənin təsiri altında, kimi sərxoş, kimisi də...

BAKI, 26 oktyabr — Sputnik.Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində reyd keçirlib. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, reyd zamanı rayonun 6-cı mikrorayon ərazisində saxlanılan "Niva" markalı avtomobilin sürücüsü Asiman Yusiflinin sənədləri yoxlanılan zaman onun nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyi məlum olub.

Tədbir zamanı Biləcəri qəsəbəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün saxlanılan "Ford" markalı avtomobilin sürücüsü Ziya Hüsniyev də saxlanılıb. Yoxlama zamanı onun nəqliyyat vasitəsini narkotik vasitələrin təsiri altında idarə etdiyi məlum olub. Avtomobilə Binəqədi rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilən zaman siqaret qutusunda gizlədilən sürücüyə məxsus narkotik vasitə — qurudulmuş marixuana da aşkar olunaraq maddi sübut kimi götürülüb. Sürücü Z.Hüsniyev ilkin sorğu zamanı sükan arxasına narkotik vasitə qəbul etdikdən sonra əyləşdiyini etiraf edib. Onun barəsində toplanan material qərar qəbul edilməsi üçün Binəqədi Rayon Polis İdarəsinə göndərilib.

Tədbir zamanı avtomobili sərxoş vəziyyətdə idarə edən sürücülər də aşkar edilib. Belə ki, yol hərəkəti qaydalarını pozduğu üçün Binəqədi qəsəbəsində saxlanılan "Mersedes" markalı avtomobilin sürücüsünün nəqliyyat vasitəsini spirtli içkinin təsiri altında idarə etdiyi məlum olub.

Bundan əlavə tədbir zamanı avtomobildə konstruksiya dəyişikliyi edən sürücülər də müəyyən edilərək saxlanılıb. Həmin nəqliyyat vasitələrinin sahibləri barəsində protokol tərtib edildikdən sonra avtomobillər mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.

Əlaqədar

Yol polisi sürücülərə müraciət etdi
Teqlər:
Dövlət Yol Polisi İdarəsi, Biləcəri qəsəbəsi, Bakı

Əsas mövzular