15:48 22 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9368
Heydər Əliyev Mərkəzi

Bakıda mötəbər toplantı başlayıb

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
132 0 0

Bakıda VI Beynəlxalq Humanitar Forum keçirilir

BAKI, 25 oktyabr — Sputnik. Azərbaycan paytaxtında VI Beynəlxalq Humanitar Forum başlayıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, tədbirdə prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, habelə digər rəsmi şəxslər və millət vəkilləri iştirak edirlər.

"Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı" mövzusuna həsr olunan forumda 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nəfər (416 xarici qonaq olmaqla) nümayəndə iştirak edir. 

Foruma BMT Baş katibinin iki müavini, İSESCO, İRSİKA, TÜRKPA, TÜRKSOY, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (BSEC), Beynəlxalq Türk Akademiyası (TWESCO), Parlamentlərarası Birlik (İPU), BMT-nin iqtisadi və sosial Şurası (ECOSOC) kimi təşkilatların rəhbərləri, UNESCO, Müstəqil Dövlətlər Birliyinin MDB İcraiyyə Komitəsi rəhbərlərinin müavinləri qatılıb.

Bundan başqa, Sudanın vitse-prezidenti, Rusiyanın, Slovakiyanın baş nazir müavinləri, Sloveniya, Uruqvay, Rusiya, Misir, Belarus, İtaliya və Estoniya parlamentlərinin sədr və sədr müavinləri, Gürcüstan, Monteneqro, Özbəkistan, Bolqarıstan, Türkiyə, Sudan, Tacikistan, Qazaxıstan, Ukrayna, Əfqanıstan, Filippin və Bolqarıstandan nazir və nazir müavinləri, Qazaxıstan, Türkiyə, Tacikistan və Özbəkistandan ombudsmanlar, habelə 15 ölkədən 40-dan çox millət vəkili, 46 ölkənin diplomatik nümayəndəliklərinin rəhbərləri, çoxsaylı respublikalardan şirkət rəhbərləri, elm xadimləri və ekspertlər də tədbirə qatılıb.

Xatırladaq ki, 2010-cu ildən təşkil olunan forumun təşəbbüsçüləri Azərbaycan Prezidenti İlham Əliyev və Rusiyanın o zamankı Prezidenti Dmitri Medvedyev olub.

Əlaqədar

Nazir müavini: Bu forum Azərbaycanın iqtisadi inkişafına töhfədir
Brüsseldə forum keçiriləcək
Bakıda beynəlxalq forum keçirilir
Rusiyada Beynəlxalq İqtisadi forum işə başladı
Teqlər:
VI Beynəlxalq Humanitar Forum, İSESCO, Ramiz Mehdiyev, Mehriban Əliyeva, Oqtay Əsədov, Rusiya, Azərbaycan

Əsas mövzular