21:06 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Rusiya prezidenti Vladimir Putin

Putinə Qaşıqçının öldürülməsi barədə məlumat verilib

© Sputnik / Aleksey Druzhinin
XƏBƏRLƏR
Qısa URL
66 0 0

“Mən prezident Putini Səudiyyə Ərəbistanından aldığımız informasiya barədə məlumatlandırdım”

BAKI, 24 oktyabr — Sputnik. ABŞ prezidenti Donald Trampın müşaviri Con Bolton Rusiya prezidenti Vladimir Putini səudiyyəli jurnalist Camal Qaşıqçının qətlinə dair məlumatlandırıb. Bu barədə Sputnik Azərbaycan "Reuters"-ə istinadən xəbər verir.

"Mən prezident Putini Səudiyyə Ərəbistanından aldığımız informasiya barədə məlumatlandırdım" — deyə Bolton qeyd edib.

Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Maykl Pens bildirib ki, səudiyyəli jurnalist qətli ABŞ tərəfindən cavabsız qalmayacaq.

Səudiyyə Ərəbistanında yüksək rütbəli məmur "Reuters"-ə bildirib ki, jurnalist Camal Qaşıqçının öldürülməsi əvvəlcədən planlaşdırılmayıb. Krallıq rəhbərliyi Qaşıqçını vətənə qayıtmağa inandırmaq üçün Türkiyəyə 15 nəfər göndərib. Görüş zamanı onlar Qaşıqçını təhdid ediblər, ona narkotik vuraraq oğurlayacaqları ilə hədələyiblər.

"Jurnalist müqavimət göstərib, onların əllərindən qaçaraq, kömək çağırmağa başlayıb. Bundan sonra casuslar təlaşa düşüblər və Qaşıqçının səsini kəsmək üçün ağzını bağlamağa çalışıblar. Lakin yanlışlıqla onu boğublar" — deyə səudiyyəli yetkili vurğulayıb.

Bundan sonra onlar səhvlərini gizlətmək üçün mərhumun cəsədini xalçaya büküb, konsulluq avtomobili ilə diplomatik missiyanın ərazisindən çıxarıb və İstanbulda olan həmyerlilərinə təhvil veriblər. Cinayətin iştirakçılarından biri konsulluq ərazisindən Qaşıqçının paltarında çıxıb. O, bununla da jurnalistin guya səfirlik ərazisini tərk etməsi görüntüsünü yaratmaq istəyib.

Əlaqədar

Camal Qaşıqçı olayından yeni xəbər — Konsul qaçdı
Qaşıqçı olayının ilk nəticəsi: Şahzadə iqtisadi forumun açılışında iştirak etməyib
Rəsmı etiraf edildi: Camal Qaşıqçı konsulluqda öldürülüb
Teqlər:
Camal Qaşıqçı, məlumat verib, ölüm, Vladimir Putin

Əsas mövzular