13:25 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Azərbaycan və İsrail Baş Qərargah Rəislərinin görüşü

Azərbaycan və İsrail Baş Qərargah rəisləri bir arada

© Foto: AR Müdafiə Nazirliyinin mətbuat xidməti
XƏBƏRLƏR
Qısa URL
27 0 0

Görüşdə Azərbaycan ilə İsrail arasında hərbi əməkdaşlığın güclənməsinin vacibliyi və dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr xüsusi vurğulanıb

BAKI, 24 oktyabr — Sputnik. Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov İsrailə rəsmi səfəri çərçivəsində oktyabrın 24-də Tel-Əviv şəhərində israilli həmkarı general-leytenant Qadi Ayzenkot ilə görüşüb.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə rəsmi qarşılanma mərasimi keçirilib. Baş Qərargah rəisləri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

Qonaqları salamlayan general-leytenant Q.Ayzenkot vurğulayıb ki, İsrail Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir və iki ölkə arasında hərbi-texniki əməkdaşlığın daha da inkişafı üçün geniş imkanlar mövcuddur.

General-polkovnik N.Sadıkov Azərbaycan-İsrail hərbi əlaqələrinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı səfərlərin zəruriliyini vurğulayıb.

Görüşdə Azərbaycan ilə İsrail arasında hərbi əməkdaşlığın güclənməsinin vacibliyi və dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr xüsusi vurğulanıb.

Əlaqədar

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İlham Əliyevin qəbulunda
Ermənistanın Baş Qərargah rəisi Azərbaycanın sərhədlərini keçdi
Türkiyədə yeni dövr: Baş Qərargah Müdafiə Nazirliyinə tabe edildi
İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib
Teqlər:
Baş Qərargah rəisi, İsrail, Azərbaycan, Nəcməddin Sadıkov

Əsas mövzular